Dünya

Paşinyanı feysbukda söyən şəxs barəsində cinayət işi açılıb, axtarışa verilib

Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyanın feysbuk hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda deyilir ki, sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.
Bundan əvvəl Cinayət Məcəlləsinə “Kobud təhqir” adı verilən və 3 milyon drama (təxminən 6000 ABŞ dolları) qədər cərimə və ya üç aya qədər həbs cəzası nəzərdə tutulan yeni bir maddə (137.1) əlavə edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button