Siyasət

Paşinyan Rusiyadan silah almağa hazırlaşır? – AÇIQLAMA

“Şayiələrə əsasən, müharibə zamanı Nikol Paşinyan Rusiya Federasiyasından ödənişinin hələ edilmədiyi xeyli sayda silah və sursat əldə edib”.

Savash.org xəbər verir ki, bunu erməni siyasi xadim Ara Vardanyan deyib. O bildirib ki, Baş nazirin yanvarın 11-də Rusiyaya edəcəyi səfəri zamanı eyni addım atılacaq:- Advertisement –

“Ehtimal ki, Paşinyan həmin səfər zamanı silahların alınması üçün yeni bir kredit müqaviləsi imzalayacaq. Bu, təxminən 500 milyonla 1,5 milyard dollar arasındadır. Moskvadan qayıtdıqdan sonra isə Nikol silah alışı üçün nəzərdə tutulan borc müqaviləsini bir “nailiyyət” olaraq təqdim edəcək. Aydındır ki, o, bunu Ermənistan-Rusiya münasibətini qorunması üçün parlaq bir nümunə kimi göstərəcək, təfərrüatları isə ictimaiyyətdən gizlədəcək.

Bəs bu silahların Artsaxa (Qarabağ – red.) çatdığını görmüsünüz? Müdafiə Nazirliyi və ya baş nazir məlumatı rəsmi olaraq təkzib edən kimi məlum fikirlərimdən dönməyə hazıram. Hətta üzr də istəyərəm”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button