Siyasət

Paşinyan Manukyanı istintaqa cəlb etdi – Müxalifət liderinin ölkəni tərk etməsi qadağan olundu

Ermənistanın vahid müxalifətinin lideri, baş nazirliyə namizəd Vazgen Manukyana ölkəni tərk etmək qadağası qoyulub.

Savash.org xəbər verir ki, V.Manukyan İstintaq Komitəsinə çağırılıb.

Qeyd olunur ki, müxalifət lideri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevral ayında keçirilən mitinqlərdə hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə ittiham olunub.

Ermənistan İstintaq Komitəsi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alaraq sərbəst buraxıb. (Trend)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button