Siyasət

“Paşinyan istəyir ki, xərci Azərbaycan çəksin” – Moskva görüşündən gözləntilər

Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.

Politoloq Məhəmməd Əsədullazadənin gözlənilən görüşlə bağlı deyib ki, tərəflər bir neçə mühüm problemləri müzakirəyə çıxaracaq:

“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdı. Amma Moskvanın proseslərə müdaxiləsi həmin görüşün Moskvada keçirilməsini qaçılmaz etdi. Qeyd edim ki, Rusiya prezidenti V.Putinin “Valday” diskussiya klubundakı çıxışı zamanı verdiyi mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçilyi ilə keçirilən bu görüş Azərbaycanın maraqlarına cavab verir.

Rusiyada keçirilən bu görüşdə əsasən, bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə, Rusiyada burada öz maraqlarının təmini istiqamətdə təkliflərini razılaşmalara sala bilər”.

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası müzakirələrin ana xəttini təşkil edəcək:

“Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər. İkinci məsələ kimi nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi “dəhliz” ifadəsindən nə qədər qaçmağa çalışsa da, b, baş tutacaq və həmin yola Rusiya hərbçiləri nəzarət edəcək. Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsi ilə bağlı xərcləri Azərbaycanın qarşılamasını qaldıra bilər”.

Politoloq Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub:

“Tərəflər danışıqlarda mühüm istiqamətlər üzrə tam razılaşa bilsələr, Bakıda saxlanılan diversanatlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək. Eyni zamanda, Qarabağda silahlı erməni birləşmələrinin ləğvini Azərbaycan Moskva qarşısında qaldıracaq. Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, bu, danışıqların gedişatından asılı olacaq”.

Əzizə Zeynal

 

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button