Dünya

Paşinyan: “Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır”

Ermənistan 25 ildən çoxdur olduğu blokadanın aradan qaldırılmasını nəzərdə tutan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hökumət sədrinin müavini Aleksey Overçukla İrəvanda keçirilmiş görüş zamanı bildirib.
“Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. Belə ki, Ermənistanın 25 ildən çoxdur olduğu blokadanın aradan qaldırılması imkanını bunda görürük. Ümid edirik ki, işlərin nəticəsində konkret qərarlar olacaq”, – o deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button