İdman

Paracüdoçumuz Antalya Qran-Prisində gümüş medal qazanıb

Paracüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisinin gümüş medalına sahib olub.

Trend-in məlumatına görə, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan N.Abaslı finalda gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq yarışı ikinci yerdə başa vurub.

Digər təmsilçimiz İsmayıl Muradov (60 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Tamirlan Abdıkerimova uduzub.

 

 

Aprelin 24-də Saleh Sultanov (90 kq), Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button