Dünya

Pandemiya nə vaxt bitəcək?

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts öz “Twitter” səhifəsində koronavirus pandemiyasının nə vaxt bitdiyini açıqlayıb. Bu barədə “Lenta.ru” xəbər verir.

Onun fikrincə, “omikron” ştamının gəlməsi ilə dünya pandemiyanın ən çətin hissəsini yaşaya biləcəyinə baxmayaraq, pandemiya 2022-ci ildə başa çata bilər. Qeyts tarixdə heç bir virusun “omikron” qədər sürətlə yayılmadığını söyləyib.

“Deltanın yalnız yarısı qədər təhlükəli olsa belə, çox yoluxucudur və bu gördüyümüz ən pis dalğa olacaq”, – Qeyts xəbərdarlıq etdi.

Bununla belə, o bildirib ki, lazımi tədbirlər görülərsə, gələn il pandemiya üçün sonuncu il ola bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button