İqtisadiyyat

Pandemiya mənzil bazarında qlobal böhrana səbəb olub

Pandemiya qlobal daşınmaz əmlak bazarında böhrana səbəb olub, artan qiymətlər qlobal bazarlarda mənzilləri getdikcə əlçatmaz edir.
“APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır.
“Əhalinin müəyyən təbəqələrinin artıq mənzillərə sahib ola bilmədiklərinin şahidi oluruq. Bu, Londonda, Parisdə, Romada və indi, təəssüf ki, Berlində daha çoxdur”, – agentlik Berlin meri Mixael Müllerdən (Michael Müller) sitat gətirir.
Qeyd olunur ki, son 18 ayda potensial alıcılar evlərin çatışmazlığı və həddindən artıq aşağı faizlər fonunda mənzil qiymətlərinin artması səbəbindən mənzil almaqda getdikcə çətinlik çəkir. Belə ki, ABŞ-da evlərin qiyməti 2000-ci illərin ortalarında qeydə alınan pik göstəriciləri 30% üstələyir.
Bir sıra ölkədə ipoteka bazarındakı vəziyyət 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara bənzəyir və bu, bazarın çökməsi ilə nəticələnə bilər.
“Knight Frank” beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ilin II rübündə evlərin qiymətləri 55 ölkədə orta hesabla 9,2% (bir il əvvəl +4,7%) artıb. Türkiyə (+29,2%) ardıcıl altıncı rüb lider mövqedə qərarlaşır, Yeni Zelandiya (+25,9%) ikinci, ABŞ və Slovakiya (+18,6%) isə üçüncü yeri bölüşürlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button