Dünya

Paleontoloqlar yeni insan növünü kəşf ediblər

Vinnipeq Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq paleontoloqlar qrupu yeni insan növünü kəşf ediblər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “homo bodoensis” adlanan yeni növ Afrika və Cənub-Şərqi Avropanın indiki sakinləri ilə əlaqələndirilə bilər.
Qeyd edilir ki, “homo bodoensis” Afrikada təxminən 500 min il əvvəl yaşayıb və müasir insanların birbaşa əcdadı olub.
Mütəxəssislər Afrika və Avrasiyadan bu dövrə aid olan məlum insan qalıqlarını yenidən təhlil ediblər.
Yeni qiymətləndirməyə görə, bu növ neandertalların qalıqları kimi yenidən təsnif edilə bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button