Cəmiyyət
Palçıq vulkanları ətrafında seysmik stansiyalar quraşdırılıb

“Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyalar quraşdırılıb”.
APA xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Elm gününüə həsr olunmuş konfransda deyib. O, dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyini qeyd edib:
“Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyadan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq” – o qeyd edib.