Dünya

Pakistanda polisin radikallarla toqquşması nəticəsində 8 nəfər ölüb

Pakistanın Pəncab vilayətində polisin “Təhrik-i-Ləbbeyk Pakistan” (TLP) radikal təşkilatı fəalları ilə toqquşması nəticəsində 8 nəfər ölüb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, ölənlərdən 4-nün hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilir.
Toqquşmalar TLP tərəfdarlarının təşkilatın rəhbəri Səad Hüsseyn Rizvini həbsxanadan azad etmək tələbi ilə Pakistan paytaxtına yürüşünə imkan verməmək cəhdlərindən sonra baş verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button