Dünya

Pakistanda güclü qar 20-dən çox insanın ölümünə səbəb oldu

Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində 20 nəfərdən çox insan həlak olub. Xarici KİV-lərin yaydığı məlumata görə, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir.

Rayon təbii fəlakət zonası elan olunub. Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button