Dünya

Pakistan Əfqanıstanla sərhədə hərbçiləri yerləşdirir

Pakistan Əfqanıstanla sərhəddən hərbçilərin və silahlıların mümkün keçişinin qarşısını almaq məqsədilə ordu göndərib.
“Report” “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Rəşid Əhməd məlumat verib.
“İndi sərhədə nizamlı ordu nəzarət edir. Onlar hərbiləşdirilmiş dəstələri əvəzləyiblər”, – nazir vurğulayıb.
Məlumata görə, əvvəllər sərhədə polis nəzarət edib. Onlar qaçaqmalçılığın və sərhədi qanunsuz keçidin qarşısını alırmış.
Onun sözlərinə görə, Pakistan yalnız Əfqanıstandan gələn qaçqınların deyil, silahlıların və hərbçilərin sərhədi keçməsinin qarşısını alacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button