İqtisadiyyat

Özbəkistan bu il Azərbaycana 210 min dollarlıq şüşə məmulatları ixrac edib

Bu ilin yanvar-iyul aylarında Özbəkistan Azərbaycana 209,3 min ABŞ dolları dəyərində şüşə məmulatıarı ixrac edib.
“APA-Economics” məlumatına görə, bu barədə Özbəkistan mətbuatı ölkənin Dövlət Statistika Komitəsinə istinadən yazır.
Hesabat dövründə Özbəkistanın 25 xarici ölkəyə 15,8 mln. dollar həcmində şüşə qab və şüşə məmulatları ixrac etdiyi bildirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4 mln. dollar artıb.
Ən çox şüşə qab və məhsullar Qazaxıstana (8,3 mln. dollar), Tacikistana (2,4 mln. dollar), Türkmənistana (1,8 mln. dollar), Qırğızıstana (1,8 mln. dollar), Gürcüstana (710,6 min dollar), Ermənistana (341,6 min dollar) və Azərbaycana (209,3 min dollar) ixrac edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button