İdman

“Oyun baxımından böyük fərq görünmürdü”

“Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyun barədə danışarkən deyib.
Bakı Olimpiya Stadionundakı görüşdə 0:2 hesabı ilə məğlub olan yığmamız yer aldığı A qrupunun sonuncu pilləsində qalıb.
Matçdan sonra “CBC Sport” kanalına müsahibə verən italiyalı mütəxəssis komandamızın çıxışını dəyərləndirib: “6-cı dəqiqədə qol buraxmaq oyunumuza mənfi təsir etdi. 2 top buraxmağımıza baxmayaraq, birinci hissəni yaxşı keçirdik”.
– Azərbaycana gəldiyiniz zaman ilk müsahibənizdə demişdiniz ki, uğura inanmaq lazımdır, hər şey yaxşı olacaq. Nələr baş verir?- Tamamilə razıyam. Bu gün reytinqdə 50-ci yerdə gedən komandaya qarşı çıxış etsək də, oyun baxımından böyük fərq görünmürdü.
– Futbolçular klublarında fərqli, millidə fərqli oyun nümayiş etdirirlər. Bu nədən qaynaqlanır?- Bütün oyunçuların klubdakı çıxışını izləyirəm. Ən böyük fərq odur ki, klublarında həftədə 7 dəfə məşq edirlər, bu da ayda 28 dəfə edir. Bizim isə hazırlaşmaq üçün qısa vaxtımız olur.
– Üç gündən sonra Serbiya ilə səfər oyununa çıxacaqsınız. Həmin matçla bağlı düşüncələriniz nələrdir?- Serbiyaya qarşı bütün ürəyimizi ortaya qoymağa çalışacağıq. Heç vaxt düşünə bilməzsən ki, rəqibdən güclüsən. Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orada uğurlu mübarizə aparmağa çalışacağıq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button