Cəmiyyət

Övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75 valideynə qarşı tədbirlər görülüb

Azərbaycanda övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75 valideyinə qarşı tədbirlər görülüb.

Trend məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edərkən deyib.

O bildirib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə reydlər də davam etdirilərək ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

 

 

“Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barǝsində inzibati tənbeh tədbirləri görülub”, – deyə nazir müavini qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button