Cəmiyyət

Ötən il Azərbaycanda yol qəzalarında neçə nəfər həlak olub?

Ötən il Azərbaycanda 1 649 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 706 nəfər həlak olub, 1 452 nəfər yaralanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır. Bu respublika üzrə qəzaların 43,7 faizini təşkil edir.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.

Həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button