İqtisadiyyat

Ötən il Rusiyadan Azərbaycana 1 milyard dollar köçürülüb

2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 986 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci illə müqayisədə 9,4% çoxdur.

Hesabat dövründə bir köçürmənin orta məbləği 230 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.

Təkcə IV rübə gəldikdə, oktyabr-dekabr aylarında Rusiyadan Azərbaycana 284 mln. dollar transfer olunub. Bu, III rüb ilə müqayisədə 1,1%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 31,5% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (5,53 mlrd. dollar).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button