Dünya

Ötən il Çin rekord sayda avtomobil ixrac edib

Çin 2021-ci ildə 2,02 milyon avtomobil ixrac edib ki, bu da ölkə tarixində ən yüksək göstərici olub. Eyni zamanda bu göstərici 2020-ci illə müqayisədə iki dəfə artıb.

Bu barədə Çinin Avtomobil Sənayesi Assosiasiyasının hesabatında deyilir.

Qeyd olunur ki, Çin ötən il alternativ enerjidən istifadə edən 310 avtomobil ixrac edib. İxrac olunan minik avtomobillərinin sayı 1,61 milyon təşkil edib.

Təkcə dekabr ayında Çin şirkətləri 223 min avtomobil ixrac edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 54 faiz çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button