Cəmiyyət

Ötən il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb.

Bununla bağlı rəqəmlər “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Qeyd olunub ki, ötən il qısqanclıq və ailə münaqişəsi zəmnində 973 cinayət qeydə alınıb.

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5 176, o cümlədən zorakılıqla müşayiət olunan 2 067 cinayət törədilib. Həmin cinayətləri törətmiş 2 414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button