Cəmiyyət

Ötən il Azərbaycanda 84 üçəm, 12 dördəm doğulub

Ötən il Azərbaycanda 84 üçəm, 12 dördəm doğulub.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Körpələrdən 2 958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), SOSİAL SEKTOR 105 Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button