Gündəm

Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

2022-ci ilin fevralında Azərbaycana 76 376 əcnəbi səfər edib.

Dövlət Turizm Agentliyinin xəbərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz çoxdur. Belə ki, 2021-ci ilin fevralında ölkəyə 36 002 nəfər gəlmişdi.

Cari ilin yanvar-fevral aylarında isə ümumilikdə 150 433 əcnəbi ölkəyə gəlib. Bu rəqəm də ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 faiz çoxdur. Fevralda Azərbaycan ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından səfər edib.

Belə ki, Rusiyadan 23 591, Türkiyədən 18 753, İrandan 10 183, Gürcüstandan 4644, Səudiyyə Ərəbistanından isə 1996 nəfər gəlib. Suriya, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Fransadan ölkəyə gələnlərin sayında 2019-cu illə müqayisədə artım olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button