Gündəm
Ötən ay 317 kiloqram qızıl istehsal edilib

Azərbaycanda bu ilin may ayında mədənçıxarma sənayesində 317.4 kiloqram qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 19.7 kiloqram çoxdur.
AZƏRTAC-ın xəbərinə görə, ölkədə iyunun 1-nə olan vəziyyətə əsasən, 319.6 kiloqram hazır qızıl ehtiyatı var.
AZADLİQ.ORG