İqtisadiyyat

Orxan Məmmədov: “KOBİA-ya ötən il 5 mindən çox vətəndaş müraciəti daxil olub”

Ötən il Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 5 mindən çox vətəndaş müraciəti daxil olub.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müraciətlərin 264 -ü KOB maraqların müdafiə edilməsi ilə bağlı olub, 26 %-i dövlət-biznes, biznes -biznes platformaları çərçivəsində müsbət həll edilib. 61 %-inə qanunvericiliyin tələbləri izah edilməklə müvafiq tövsiyələr verilib, 8 %-i isə aidiyyatı üzrə digər qurumlara yönəldilib.

O vurğulayıb ki, 2018-ci ildən başlayaraq biznes mühitinin müxtəlif sahələrini əhatə etməklə sorğular aparılır: “2021-ci ildə müvafiq tədbirlər davam edilib. Elektrik təchizatı şəbəkəsinə qoşulmaq, biznes mühitində və ticarət əməliyyatları zamanı yaranan maneələrin öyrənilməsi, korporativ idarəetmə, klasterləşmə imkanları, qanunvericilik sahəsində KOB-lar üçün yaranan çətinliklərin müəyyən edilməsi və bu kimi digər istiqamətlərdə 15 sorğu həyata keçirilib”.

Onun sözlərinə görə, həmin sorğulardan 2 mindən çox kiçik və orta biznes subyekti iştirak edib:”Sorğular əhəmiyyətli mənbə kimi istifadə edilir”.

O. Məmmədov qeyd edib ki, KOBİA -nin məqsədlərindən biri ölkədə KOB-lar sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak etməkdən ibarətdir: “Bu məqsədlə ötən il ərzində agentliyin təşəbbüsü ilə 7 normativ sənəd hazırlanıb. Onlardan 3-ü təsdiq edilib, 4-ü isə aidiyyatı üzrə razılaşdırılıb: “Həmçinin, müxtəlif istiqamətlərdə hazırlanmış 73 sənəd layihəsi üzrə agentlik müraciət edib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button