İqtisadiyyat

Ortamüddətli xərclər çərçivəsi sənədi İqtisadi Şuraya təqdim ediləcək

Maliyyə Nazirliyi büdcə təşkilatlarının baza proqnozları və YST üzrə təklifləri əsasında ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədini İqtisadi Şuraya təqdim edəcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Maliyyə Nazirliyi büdcə təşkilatlarının baza proqnozları və YST üzrə təklifləri əsasında, ortamüddətli resurs zərfinə bir daha baxaraq, ortamüddətli dövrdə iqtisadi artım, inflyasiya, xərclənə bilən neft gəlirləri, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi, icmal büdcənin yuxarı həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və digər hədəf göstəricilərini dəqiqləşdirir, onun əsasında OMXÇ sənədini hazırlayaraq, may ayının 15-dək İqtisadi Şuraya və Nazirlər Kabinetinə təqdim edəcək. Əvvəl Maliyyə Nazirliyi bu sənədi Maliyyə Sabitliyi Şurasına təqdim edirdi.
Eyni zamanda Nazirlər Kabineti İqtisadi Şuranın tövsiyələrini də nəzərə almaqla, OMXÇ sənədinə baxaraq milli xərc prioritetlərinin ilkin seçimini həyata keçirəcək və OMXÇ sənədini, o cümlədən dəqiqləşdirilmiş milli xərc prioritetlərini may ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button