İqtisadiyyat

OPEC: Təsdiq edilmiş qlobal neft ehtiyatları artıb

Ötən ilin nəticələrinə görə, təsdiq edilmiş qlobal neft ehtiyatları 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə 0,2% artaraq 1,549 trln. barelə çatıb.
“APA-Economics”in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, dünyada neft ehtiyatları üzrə lider Venesueladır. Ölkənin ehtiyatları hesabat dövründə 0,1% azalaraq 303,6 mlrd. barel təşkil edib.
Qeyd olunur ki, qlobal səviyyədə təsdiq edilmiş neft ehtiyatları üzrə ikinci yerdə Səudiyyə Ərəbistanı olaraq qalıb. Bu ölkənin ehtiyatları bir il ərzində 1,2% artaraq 261,6 mlrd. barelə çatıb. Sözügedən göstərici üzrə üçüncü yerdə 208,6 mlrd. barellə (hesabat dövründə göstərici dəyişməyib) İran qərarlaşıb.
Hesabata əsasən, dünyada təsdiq edilmiş neft ehtiyatları üzrə dördüncü, beşinci və altıncı yerləri müvafiq olaraq İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt bölüşdürür. Rusiya 80 mlrd. barel göstəricisi ilə (hesabat dövründə göstərici dəyişməyib) bu reytinqin 7-ci pilləsində qərarlaşıb. Səkkizinci, doqquzuncu və onuncu pillələrdə isə müvafiq olaraq Liviya, ABŞ və Nigeriya yer alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button