İqtisadiyyat

“OPEC+” neft bazarının həddən artıq “qızmasına” yol verməyəcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin noyabrda gündəlik neft hasilatının 400 min barel artırılmasının davam etdirilməsinə dair qərarı gözlənilən idi.
“APA-Economics”in məlumatına görə, bunu TASS-a “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.
Onun sözlərinə görə, yüksək qaz qiymətləri fonunda tələbin kəskin artacağı təqdirdə, “OPEC+” hasilatı tənzimləyə və bazarın həddindən artıq “qızmasının” qarşısını ala bilər.
“Bazar hələlik defisit vəziyyətində fəaliyyət göstərməyə, ehtiyatlar isə azalmağa davam edəcək. Lakin kəsir güclü şəkildə artarsa, “OPEC+” çox güman ki, həddindən artıq “qızmanın” qarşısını almaq üçün kvotaları bir qədər də artırmağı nəzərdən keçirəcək”, – deyə D. Marinçenko vuqğulayıb.
Xatırladaq ki, 4 oktyabr tarixində “OPEC+” nazirləri neft hasilatını avqust ayında təsdiqlənmiş templərlə artırılmasını davam edilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button