İqtisadiyyat

OPEC gələn il üçün qlobal neft tələbatının artım templəri üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
“APA-Economics”in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 6 mln. barel təşkil edəcək. Beləliklə, cari il qlobal gündəlik neft tələbatının 96,7 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Buna baxmayaraq, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artırıb. Proqnoza görə, sözügedən göstərici 4,2 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisindən 0,9 mln. barel çoxdur. Nəticədə gələn il qlobal gündəlik neft tələbatının 100,8 mln. barel səviyyəsində olacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,62 mln. barel olub, bu da illik müqayisədə 9,35% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button