İqtisadiyyat

“OPEC+” formatı çərçivəsində verilən qərarların doğruluğu şübhə doğurmur”

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində əməkdaşlıq nəinki bəyannaməni imzalayan neft istehsalçılarının və ixracatçılarının maraqlarına xidmət edir, həm də dünya neft bazarında tarazlığın təmin olunmasında mühüm rol oynayır.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya vertikal” jurnalına müsahibəsində deyib.
“Məhz “OPEC+” çərçivəsində əməkdaşlıq sayəsində dünya bazarında müəyyən bir tarazlıq və neft istehsal edən ölkələr üçün nisbətən məqbul qiymət səviyyəsi təmin edildi”, – P. Şahbazov qeyd edib.
Onun fikrincə, “OPEC+” formatı çərçivəsində verilən qərarların və atılan addımların doğruluğu şübhə doğurmur.
Nazir onu da qeyd etdi ki, Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və “OPEC+” ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button