İqtisadiyyat

“OPEC+” bir sıra iştirakçını neft hasilatını artırarkən ehtiyatlı olmağa çağırıb

Səudiyyə Ərəbistanı və bir sıra “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının iştirakçısı neft hasilatının artım tempi məsələsində ehtiyatlı yanaşmanın zəruriliyini vurğulayıblar, bu da, ola bilsin, bazarda böhranın tam aradan qaldırıla bilinməyəcəyi ehtimalına əsaslanır.
Bu barədə “APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir.
Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman agentliyə müsahibəsində “OPEC+” öhdəliyinin hələ tam yerinə yetirilmədiyini bildirib: “Biz ehtiyatlı olmalıyıq. Böhran cilovlanıb, lakin bu, onun sonadək səngiməsi demək deyil”.
Əbdül Əziz bin Salmanın mövqeyini Nigeriyanın neft naziri Timipre Silva və Azərbaycanın energetika naziri Pərviz Şahbazov dəstəkləyiblər. Onlar agentliyə müsahibələrində bildiriblər ki, COVID-19 pandemiyasının nəticələrindən sonra dünya iqtisadiyyatının bərpası davam etdiyi üçün “OPEC+” tərəfindən hər ay gündəlik neft hasilatının 400 min barel artırılması hazırkı vəziyyətə uyğundur.
Ehtiyatlı yanaşmanın tərəfdarı olan Əbdül Əziz bin Salmanın dediyi kimi, neft hasilatında daha intensiv artım Avropa və Asiyada qazın və ya ABŞ-da benzinin bahalaşması problemini çətin həll edə bilsin. O xatırladıb ki, elektrik enerjisi istehsal edən müəssisələrin qazdan neftə keçidi ilə bağlı əlavə tələbat qışın soyuq keçməsi şərti ilə gündəlik 500-600 min barel təşkil edə bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button