İqtisadiyyat

“OPEC+” 2022-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb

Gələn il gündəlik qlobal neft tələbatı 4,2 mln. barel artacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,9 mln. barel çoxdur.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılşaması iştirakçılarının texniki komitəsinin nazirlərinin monitorinq komitəsinin iclası üçün hazırlanmış sənədə istinadən xəbər verir.
Sənədə əsasən, 2022-ci ildə neftə olan gündəlik qlobal tələbat 2021-ci ildəki 96,7 mln. barelə qarşı 100,8 mln. barel təşkil edə bilər.
Qeyd olunur ki, proqnoz geniş peyvənd kampaniyası fonunda yüksəldilib. Hesabata əsasən, hazırda dünya əhalisinin 33%-i koronavirusa qarşı peyvənd olunub.
Bununla yanaşı, qlobal neft tədarükünün artması da davam edəcək. Belə ki, əgər 2021-ci ildə qlobal neft bazarında gündəlik 1,1 mln. barel defisiti yer alacaqsa, 2022-ci ildə bazarda gündəlik təklif tələbi 1,4 mln. barel üstələyəcək.
Qlobal kommersiya neft ehtiyatlarının artması da proqnozlaşdırılır. Belə ki, 2022-ci ildə bu göstəricini 496 mln. barel artacağı ehtimal edilir (2021-ci ildə isə 405 mln. barel azalma ehtimal olunur). Ehtiyatların səviyyəsi 2022-ci ildə beşillik ortalama göstəricisindən 68 mln. barel çox olacaq (2021-ci ildə beşillik ortalama göstəricisindən 106 mln. barel az).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button