Siyasət

Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik

“Dağlıq Qarabağ Respublikasının” (“DQR”) keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

Savash.org xəbər verir ki, Nikol Paşinyan bir neçə gün əvvəl bəyan etmişdi ki, “DQR”in hazırki “prezidenti” Araik Arutyunyan ona zəng vuraraq müharibənin dayandırılmasının zərurət olduğunu bildirib. Baş nazir əlavə edib ki, Arutyunyan bunu həm də Ermənistanın və “DQR”in keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Bako Saakyan və Arkadi Qukasyanın adından deyib.

Bako Saakyan və Arkadi Qukasyanın buna cavab olaraq yaydığı bəyanatı təqdim edirik:

“Müharibənin əvvəlindən Qarabağın hazırki rəhbəri Araik Arutyunla mütəmadi əlaqə saxladığımızı, onunla müharibənin gedişini, sülh danışıqlarının bərpa etmək imkanlarını və digər məsələləri müzakirə etdiyimi bəyan edirik.

Döyüş əməliyyatlarından sonra müharibədə iştirak edən hərbi vəzifəlilər, komandirlər, döyüşçülərlə çoxsaylı görüşlə və məsələhətləşmələrdən sonra bu qənaətə gəldik ki, dərhal atəşkəs üçün addımlar atılması zərurətə çevrilib.

Oktyabrın 19-da Araik Arutyunyan müharibənin dayandırılması və Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpası ilə bağlı həmsədr ölkələrin prezidentlərinə və Ermənistanın Baş nazirinə məktub ünvanladı. Ancaq Paşinyan, Azərbaycanın siyasəti nəticəsində situasiyanın gərginləşməsi fonunda bu məktublar əhəmiyyətini itirib. Həqiqət bundan ibarətdir.

Ermənistan Baş nazirinin gerçəkliyə uyğun olmayan qeydlərinə gəlincə, lazımsız spekulyasiyalardan və əsassız müzakirələrdən çəkinmək üçün bu anda onlara toxunmamağı məqsədəuyğun hesab edirik”.

The post Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik first appeared on Savash.org.

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button