Dünya

Oman və İranda 9 nəfər fırtınanın qurbanı olub

İran və Oman ərazilərində azı doqquz nəfər tropik “Şahin” siklonunun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə “BBC News” bildirib.
Fırtına bu ərazilərə bazar günü çatıb. Küləyin sürəti 120-150 km/saata yüksəlib.
Omanın sahilboyu ərazilərindən minlərlə insan təxliyə edilib. Ölkə paytaxtının küçələri su altında qalıb. Tufandan əvvəlki daşqında üç nəfər, o cümlədən bir uşaq həlak olub. Ölkədə hava rabitəsi dayanıb.
İranın hakimiyyət orqanları isə bildirib ki, cənub-şərq əyaləti Sistan-Bəlucistanda 6 nəfər həlak olub. Rəsmi KİV-in məlumatına görə, siklon elektrik enerjisi təchizatının və yollara ziyan vurub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button