İdman

“Olimpiakos”un sahibi “Fənərbaxça” ilə oyundan sonra təxribatçı açıqlama verib

Yunanıstanın “Olimpiakos” klubunun sahibi Evangelos Marinakis Türkiyənin “Fənərbaxça” klubunu 3-0 məğlub etdikləri oyundan sonra qalmaqallı açıqlamalar verib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, Marinakis təxribat xarakterli açıqlamasını yunan mətbuatına verib.
“İstanbulda, öz şəhərimizdə belə bir qələbə qazanmaq çox əhəmiyyətli və mənalı idi. Bu qələbə mənə 2012-ci ildə İstanbulda keçirilən “EuroLeague” çempionluğumuzu xatırlatdı. Bu nəticəyə görə çox xoşbəxtik. Bu gün sona qədər əylənəcəyik və “Panatinakos” matçı üçün əylənməyə başlayacağıq”, – E.Marinakis belə deyib.
Qeyd edək ki, İstanbul klubu öz meydanında Yunanıstan “Olimpiakos”unu qəbul edib. “Fənərbaxça”nı meydana çıxmağa peşman edən Pirey təmsilçisi üç cavabsız qolla qalib gəlib – 3:0. Ardıcıl ikinci qələbədən sonra “Olimpiakos” liderliyini möhkəmlədib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button