İdman

“Olimpiakos”un futbolçusu həbs olunub

Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedu həbs olunub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi 17 yaşlı qızı zorlamaqda ittiham olunur.
Zərərçəkən anası ilə polis bölməsinə gələrək Rubendən şikayət edib. Onun sözlərinə görə, futbolçu ilə barda tanış olub. Semedu ona alkoqol içizdirib və sonra evinə aparıb.
Qeyd edək ki, 2019-cu ildən “Olimpiakos”da çıxış edən Semedu İspaniyada oynadığı vaxt qarət, insan oğurluğu və silah saxlamaqda ittiham olunub. Portuqaliyalı 5 ay həbsdə yatıb və İspaniyaya girişinə 8 illik qadağa qoyulub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button