İdman

“Olimpiakos”un baş məşqçisi: “Azərbaycana qələbə dalınca gedəcəyik”

“Bakıya ciddi itkilərlə yollanacağıq. Bəzi oyunçularımız iştirak etməyəcək”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.
Klubun bazasında “Zoom” vasitəsilə təşkil edilən mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Hansı futbolçular bu görüşü buraxacaq?- Çox oyunçu səfərə aparılmayacaq. Sokrates Papastatopulos, Yann Mvila, Tikinyo, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisin adını çəkə bilərəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button