Cəmiyyət

Oğuzda ağaca çırpılan avtomobilin mühərriki yerindən çıxıb, xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button