İqtisadiyyat

OECD: Dünya iqtisadiyyatı gələn il 4,5% böyüyəcək

COVID-19 pandemiyası fonunda bu il qlobal iqtisadiyyat 5,7%, 2022-ci ildə isə 4,5% böyüyəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş sentyabr proqnozunda deyilir.
Təşkilatın ötən proqnozu ilə (may ayında dərc olunub – red.) müqayisədə yeni gözləntilər müvafiq olaraq 0,1 faiz bəndi azaldılıb və 0,1 faiz bəndi artırılıb.
OECD-nin hesabatında deyilir ki, iqtisadi artımın tempi, ölkələrin güclü siyasətinin dəstəyi, sürətli vaksinasiyanın və iqtisadiyyatın bir çox sektorunun, xüsusən də xidmət sahəsinin yenidən açılması sayəsində yüksəlib. Bildirilir ki, qlobal ÜDM hazırda pandemiyadan əvvəlki səviyyəni keçib, lakin 2021-ci ilin ortalarında olan ÜDM istehsalı hələ də pandemiyadan əvvəl proqnozlaşdırılan səviyyədən 3,5% aşağıdır. 2015-ci ili baza ili götürüldükdə isə qlobal iqtisadiyyatda real gəlirlərin 4,5 trln. dollarlıq defisiti var və bu kəsir tam birillik real ÜDM-nin artımına bərabərdir.
Qeyd edilir ki, iqtisadi bərpa ölkələr və sektorlar üzrə yüksək dərəcədə qeyri-bərabər olaraq qalır. Belə ki, ABŞ iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıtsa da, məşğulluq pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Avropada isə əksinə, məşğulluq böyük ölçüdə qorunub-saxlanılıb, lakin istehsal hələ də tam bərpa olunmayıb.
OECD-nin ölkələr və regionlar üzrə ÜDM-nin illik artımı üzrə proqnozları:

Ölkə/region

2020-ci il

2021-ci il

2022-ci il

Faktiki

İndiki proqnoz

May proqnozu

İndiki proqnoz

May proqnozu

Dünya

-3,4%

1,8%

5,8%

4,5%

4,4%

Avrozona

-6,5

5,3%

5,2%

4,6%

4,4%

Böyük Britaniya

-9,8

6,7%

7,2%

5,2%

5,5%

ABŞ

-3,4

6%

6,9%

3,9%

3,6%

Türkiyə

1,8

8,4%

5,7%

3,1%

3,4%

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button