Dünya

Nüvə ölkələrinin liderləri təhlükəsizliyə dair bəyanat yaydılar

ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.

Bu dövlətlərin rəsmi saytlarında yerləşdirilən bəyanatda nüvə müharibəsində qalibin olmayacağı vurğulanır: “Nüvə silahlarının tətbiqi çox böyük əhatəli fəsadlara səbəb olacağı üçün hələ də mövcud olan nüvə silahlarının yalnız müdafiə məqsədlərinə, hərbi təcəvüzə yol verməmək, müharibənin qarşısını almaq məqsədlərinə xidmət etməsinin vacibliyini təsdiqləyirik. Fikrimizcə, bu cür silahların yayılmasına son qoyulmalıdır”.

Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button