İqtisadiyyat

Nüvə enerjisinin qlobal istehlakı iki dəfə arta bilər

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) 2050-ci ilədək nüvə enerjisinin istehlakının iki dəfə artacağını gözləyir.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı AEBA-ya istinadən xəbər verir.
Məlumata görə, bu cür proqnozlar gələcək üç onillikdə elektrik enerjisi istehsalının nəzərəçarpacaq dərəcədə artması ideyasına əsaslanır.
Bununla yanaşı, təşkilat 2050-ci ilədək qlobal elektrik enerjisi istehsalında nüvə enerjisinin payının 12%-dək yüksələcəyini proqnozlaşdırır. Eyni zamanda, alternativ proqnoza görə, 2050-ci ilədək nüvə enerjisindən istifadə 392 QVt səviyyəsində qalacağı və ümumi enerji istehsalının 6%-i təşkil edəcəyi ehtimal olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button