Dünya

Norveçdə naməlum şəxs 5 nəfəri öldürüb, yaralananlar var

Norveçdə naməlum şəxsin ox və yayla öldürdüyü şəxslərin sayı 5 nəfərə çatıb.  
“Report” xəbər verir ki, bu barədə yerli NRK televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə Kunqsberq şəhərində qeydə alınıb. Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar arasında polis əməkdaşı da var. 
Cinayətkar saxlanılıb. Qeyd edilir ki, o, təkbaşına hərəkət edib.
Polis hadisənin terror aktı olduğunu istisna etmir.
00:33
Norveçdə naməlum şəxs ox və yayla azı 4 nəfəri öldürüb.  
“Report” xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti məlumat yayıb. 
“(Hadisə zamanı-red) azı 4 nəfər öldürülüb”, – qəzet bildirib.  
Cənub-şərq dairəsi polisinin rəhbəri Eyvind Aas keçirdiyi mətbuat konfransında ölənlərin dəqiq sayını açıqlaya bilməyib. O, bildirib ki, hadisə kütlənin, mağazaların olduğu yerdə baş verib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisənin baş verdiyi ərazinin yaxınlığında saxlanılıb. 
13.10.2021. 23:40
Norveçin ölümlə və xəsarətlə nəticələnən insident olub.
“Report” bu barədə Norveç Teleqraf Bürosuna istinadən xəbər verir.
Hadisə Kunqsberq şəhərində qeydə alınıb.
İnsident nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Polis sözçüsü hadisədə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun yay və oxdan istifadə etdiyi deyilir. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button