İdman

Norveç millisi həndbol üzrə dünya çempionu olub

Norveç yığması qadın həndbolçular arasında dünya çempionatının qalibi olub. “Report”un məlumatına görə, İspaniyada təşkil olunmuş mundialın finalında skandinaviyalılar Fransanı 29:22 hesabı ilə məğlub edib.

Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl analoji nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb.

Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.

Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button