Mədəniyyət

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı təşkil ediləcək

Azərbaycanda bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentinin müvafiq Sərəncamına əsasən, dekabrın 7-də “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil ediləcək konfrans çərçivəsində respublikamızın tanınmış nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab da təqdim olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button