Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları ukraynalı qaçqınları ziyarət edəcək

Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada müharibənin yaratdığı mənəvi və humanitar böhran şəraitində akademik mühitin həmrəyliyini müzakirə etmək üçün təcili beynəlxalq konfrans təşkil edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən xəbərə görə, konfrans münaqişənin kəskinləşməsi, Ukrayna universitetlərinə və digər təhsil müəssisələrinə qarşı davam edən hücumları və Rumıniyaya sığınan ukraynalı şagirdlərin, tələbələrin və təhsil işçilərinin sayının artmasını nəzərə alaraq keçiriləcək.

Hibrid tədbir bu gün Şərqi Avropa vaxtı ilə saat 16:00-da baş tutacaq.

Konfransda Bosniya və Herseqovina sabiq Baş Naziri və Baş Nazir müavini professor Zlatko Laqumdzijanın (Sarayevo Universiteti), Gürcüstanın sabiq baş naziri, sabiq xarici işlər naziri, insan hüquqları üzrə ixtisaslaşmış, tanınmış hüquqşünas Eka Tkeşelaşvili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Rumınyanın sabiq Prezidenti professor Emil Konstantineskunun, Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçiliyi Universitetinin rektoru Remusun Pricopie, Rumınyanın sabiq Baş naziri, sabiq Spikeri Petre Roman o cümlədən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Dünya Elmlər Akademiyasının Prezidenti Qarri Jacobs canlı olaraq iştirak edəcəklər.

Konfransda həmçinin həm universitet vaxtı həm də ona ​​qədərki səviyyələrdə ukraynalı qaçqınların Rumıniyanın təhsil sistemlərinə inteqrasiyası istiqamətində milli səviyyədə həyata keçirilən tədbirlər haqqında məlumat xarakterli hesabat təqdim olunacaq.

Tədbirin sonuna yaxın iştirakçılar Ukraynadakı müharibədən ciddi şəkildə zərər çəkmiş təhsil və elmi tədqiqatları dəstəkləmək məqsədi ilə Avropa və Ukrayna akademik qurumları arasında əməkdaşlığın artırılması üçün müraciət ünvanayacaq və müharibənin təsirindən ziyan görmüş qaçqın mərkəzlərinə səfər edəcəklər.

Toplantı Dünya İncəsənət və Elm Akademiyası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Buxarestdəki Milli Siyasi Elmlər və Dövlət İdarəçilik Universiteti və Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu ilə birgə təşkil olunur.

Bununla yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Rumınya Prezidenti və Baş Nazirinin xüsusi nümayəndləri ilə görüşlər təşkil edəcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button