İqtisadiyyat

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi VII Delfi İqtisadi Forumuna tərəfdaşlıq edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 6-9 Aprel 2022-ci il tarixində Yunanıstanın Delfi şəhərində illik təşkil olunan VII Delfi İqtisadi Forumuna tərəfdaşlıq edəcəkdir.

Yunanistan Prezidentinin himayəsi ilə təşkil olunan “VII Delfi İqtisadi Forumu: Yeni Reallıqlar” forumu müzakirələrdə dünyanın 36 ölkəsindən 760 iştirakçinı cəlb edəcək.

“Yeni Reallıqlar” adı altında 7-ci Delfi İqtisadi Forumu Avropa prezidentləri, baş nazirlər, Aİ komissarları və nazirlər, eləcə də elm adamları, universitet professorları, sahibkarlar və bir çox başqaları daxil olmaqla, siyasət sahəsindən görkəmli şəxsiyyətlərə ev sahibliyi edəcək.

Onların arasında Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisinin Baş Direktoru Tatyana Valovaya; Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis; OECD Baş Katibi Mathias Cormann; və Beynəlxalq Enerji Agentliyinin icraçı direktor müavini Meri Burs Uorlik.

Forumda həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulou, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qonaqı olaraq Bosniya və Herseqovinanın rəyasət Heyyətinin Sədri Şəfik Dzaferoviçdə iştirak edəcək.

Dörd gün davam edəcək forumun gündəliyinə pandemiyanın qlobal təsiri, habelə Ukrayna-Rusiya böhranının Avropa və dünyanın qalan hissəsi üçün nəticələrinə dair panel müzakirələri daxildir.

 

Müzakirələr aşağıdakı mövzular ətrafında inkişaf edəcək:

– Beynəlxalq təhlükəsizlik
– Qlobal iqtisadiyyat
– İqlim böhranı
– AB: Avropanın gələcəyi
– Texnoloji dəyişiklik və iqtisadi transformasiya
– Yunanıstan: Güclü və sabit bərpaya doğru kurs
– İnsanlar və cəmiyyət.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitaroviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç və sabiq Baş naziri Zlatko Laqumdziya, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni, BMT-nın 73-cü Baş Assambleyasının Prezidenti Maria Fernanda Espinoza, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Gürcüstanın sabiq Baş Nazir müavini Eka Tkelaşvili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov iştirak edəcəklər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Delfi İqtisadi Forumu VIII Qlobal Bakı Forumu çərcivəsində strateji tərəfdaşlıq memorandumu imzalamışdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button