İdman

“Nitsa” – “Marsel” matçı ilə bağlı prokurorluq istintaqa başlayıb

Fransa Liqa1-in “Nitsa” – “Marsel” matçı ilə bağlı cinayət işi açılıb.
Apasport.az saytının məlumatına görə, Nitsa şəhər prokurorluğu baş verənlərlə bağlı istintaqa başladığını açıqlayıb.
III turun dünən keçirilən görüşü azarkeşlərin meydana axışması üzündən 75-ci dəqiqədə dayandırılıb. Kütləvi davada futbolçular və azarkeşlər iştirak edib.
Qeyd edək ki, meydan sahiblərinin azarkeşləri rəqib futbolçulara kənar əşyalar atıb. Onlardan biri “Marsel”in futbolçusu Dimitri Payetə dəyib. Yarımmüdafiəçi su qabını tribunalara atıb və fanatların meydana axınına səbəb olub. “Marsel”in bir neçə oyunçusu xəsarət alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button