Mədəniyyət

Nişantaşı Universitetində Nizami Gəncəvi adına konfrans salonu təsis olunub

İstanbulun Nişantaşı Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə tədbir keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektor köməkçisi Elsevər Nağıyev, Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, ali təhsil müəssisəsinin azərbaycanlı tələbələri iştirak ediblər.

Ş.Yalçın dahi Azərbaycan şairi Nizami Gəncəvinin dövrünə görə əvəzolunmaz mütərəqqi fikirlərlə zəngin yaradıcılığından bəhs edib.

Yeni konfrans salonunda Nizami yaradıcılığına aid elementlərin öz əksini tapması Nişantaşı Universitetinin azərbaycanlı tələbələri tərəfindən yüksək qiymətləndirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button