Dünya

Nigeriyada oğurlanmış 100-ə yaxın qadın və uşaq girovluqdan xilas edilib

Nigeriyada iki ay ərzində silahlı şəxslər tərəfindən qaçırılmış 100-ə yaxın qadın və uşaq xilas edilib.

Bu barədə jurnalistlərə ölkənin şimalındakı Zamfara əyalətinin polis rəisi Ayup Elkan məlumat verib.

O qeyd edib ki, xilas edilən şəxslər fiziki cəhətdən zəif, arıq görünürlər, paltarları cırılıb.

Elkanın sözlərinə görə, xilas edilənlərdən 19-u körpə, 21-i isə məktəblidir.

Bir gün əvvəl dekabrın 31-də Katsina əyalətinin Bakura rayonunda qaçırılmış 21 məktəbli xilas edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button