Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib

AVRO-2020-də qrup mərhələsinin II turunda daha üç oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, B qrupunda tura yekun vurulubsa, C qrupunda hər iki matç baş tutub.
Belçika favoriti olduğu B qrupunda Danimarka ilə görüşüb. Kopenhagendəki matçda hesabı meydan sahibləri açsa da, Roberto Martinesin yetirmələri əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.
C qrupunda öncə autsayderlər, ardınca liderlər meydana çıxıb. Ukrayna millisi Şimali Makedoniya üzərində qələbə ilə ilk xallarını qazanıb.
Niderland isə Avstriya ilə görüşüb. Qələbə qazanan “narıncılar” nəinki 1/8 finala yüksəlib, həm də qrup birinciliyini təmin edib. Onlar 1-ci yeri dəqiqləşən ilk komanda olub.
Bu, Frank de Burun yetirmələrini Bakıya bir addım yaxınlaşdırıb. Niderland 1/8 finalda qarşılaşacağı qrup üçüncüsü olacaq rəqibini yensə, 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.
AVRO-2020II tur, 17 iyun
B qrupu20:00. Danimarka – Belçika – 1:2Qollar: Yussuf Poulsen, 2 – Torqan Azar, 55, Kevin de Breyne, 71Baş hakim: Byorn Kuypers (Niderland)Kopenhagen. “Parken” stadionu
1
Belçika
2
2
0
0
5-1
6
2
Rusiya
2
1
0
1
1-3
3
3
Finlandiya
2
1
0
1
1-1
3
4
Danimarka
2
0
0
2
1-3
0
C qrupu17:00. Ukrayna – Şimali Makedoniya – 2:1Qollar: Andrey Yarmolenko, 29, Roman Yaremçuk, 34 – Ezgjan Alioski, 57Baş hakim: Fernando Andres Rapallini (Argentina)Buxarest. “Nasional” stadionu
C qrupu23:00. Niderland – Avstriya – 2:0Qollar: Memfis Depay, 10 (pen.), Benzel Dumfris, 67Baş hakim: Orel Qrinfeld (İsrail)Amsterdam. “Yohan Kroyf Arena”
1
Niderland
2
2
0
0
5-2
6
2
Ukrayna
2
1
0
1
4-4
3
3
Avstriya
2
1
0
1
3-3
3
4
Ş.Makedoniya
2
0
0
2
2-5
0