“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”

03/06/2020 [10:00] - Gündəm (4)



“Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”.

Bunu APA-ya açıqlamasında həkim-infeksionist Vüsalə Talıblı deyib.

O bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: “Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əslində, çox bəsit qorunma üsulu var. Amma insanlar maska taxmaq istəmirlər.

Maska taxılmaması ilə bağlı cəriməni çoxdan gözləyirdim. İnsanlar özləri düşünməli, məsuliyyətli olmalıdırlar. Biri maska taxırsa, digəri də taxmalıdır. Virusa yoluxma riski artır. Əgər bir nəfər avtobusda digəri ilə 15 dəqiqədən artıq yan-yana dayanırsa, bu, artıq risk faktorudur. Bu, yaxın təmas sayılır.

Virus yeni yayılanda insanlarda qorxu olduğu üçün lazımsız maska və əlcək istifadəsi var idi. Spirt, maskaya tələbat birdən-birə artdı. Hər kəs daha diqqətli idi. Halbuki o vaxt xəstə sayı indiki qədər deyildi. İndi isə virusa yoluxmuş şəxslər daha çoxdur və cəmiyyətdə hər birimiz o insanlarla qarşılaşırıq. Ona görə daha diqqətli olmalıyıq. Hər birimiz virusa yoluxa bilərik. İnsanlar karantin rejimi yumşaldıldığı üçün indi sanki belə bir xəstəlik yoxmuş kimi davranırlar. Sosial məsafə saxlamaq mümkün olmayan yerlərdə daha diqqətli olmaq və mütləq maska taxmaq lazımdır”.

V. Talıblı qeyd edib ki, virus infeksiyalarında maska taxmaq kifayət qədər qoruyucu təsirə malikdir: “Əgər kiminləsə yaxın təmasda durmusansa, belə halda maska tam qoruyucudur. O halda qoruyucu deyil ki, xəstə sənin üstünə asqırır və ya öskürür. Spirtdən çox sabunla əl yumaq daha effektivdir. Spirt üzərimizdə olmalıdır, çünki hər yerdə əl yumağa şərait olmur. Əlləri düzgün qaydada yuyanda məsələ normal təmizlənir”.

İnfeksionistin sözlərinə görə, koronavirusa yoluxma sayında artım gözlənilir: “Digər virusları da nəzərə alaraq, qaydalara riayət olunmasa, bu virusu qızılca, suçiçəyi kimi hər birimiz keçirəcəyik. Gözlədiyim budur. Qaydalara riayət etməsək, hər birimiz mərhələ-mərhələ bu xəstəliyə yoluxacağıq. Artıq bu virus qaçılmazdır. Ona görə əlimizdən gələni etməli, maska taxmalı, sosial məsafəni gözləməliyik. Qızılcanın peyvəndi var, bunu uşaqlara vurdururuq, bu virusun isə peyvəndi yoxdur”.

V. Talıblı bildirib ki, insanlar sıxlıq olan yerlərdə qaydalara daha ciddi riayət etməlidirlər: “Ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki karantin yumşaldıqca yoluxmanın artması qaçılmazdır. Yoluxma sayı da bu şəkildə arta-arta gedəcək. Ümumilikdə, virus xəstəlikləri yayda deyil, payızda daha çox pik həddə çatır. Qripə yoluxma həmin vaxtlarda necə pik həddə çatırsa, bu virus da həmin vaxtda pik həddə çata bilər. Bunu heç kim tam proqnozlaşdıra və ya inkar edə bilməz ki, olmayacaq. Ola bilər ki, koronavirusa yoluxma payız, qış aylarında daha da artsın. Xəstəliyə inanmır, elə bilirlər ki, boş şeydir, amma elə deyil. İnsanlar, ilk növbədə, koronavirusun olduğuna inanmalıdırlar”.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin